BAKI, 19 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin cəbhədəki çıxışlarını izləmədiyini iddia edib və onun aktyor keçmişini xatırladıb.

Teleqraf xəbər verir ki, o, bu barədə ənənəvi illik mətbuat konfransında bildirib.

“Bilmirəm, buna baxmıram. Çünki o aktyordur, istedadlı aktyordur, bunu heç bir ironiya olmadan deyirəm”, - Putin qeyd edib.