BAKI, 12 dekabr. TELEQRAF

“Hazırda dünya birliyi beynəlxalq hüquq normalarının zəifləməsi ilə üzləşir”.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.

“Bu gün dünya birliyi qeyri-müəyyən geosiyasi rəqabət və beynəlxalq hüquq normalarının zəifləməsi ilə üzləşir”, - dövlət başçısı deyib.

Rəhmon vurğulayıb ki, yeni təhlükə və çağırışların artması ilə yanaşı, iqtisadi-sosial inkişaf tempinin yavaşlaması da çoxsaylı problemlər yaradır.