BAKI, 25 noyabr. TELEQRAF
Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilər üçün daha 393 beynəlxalq müşahidəçi akkreditə olunub
Teleqraf xəbər verir ki, bununla növbədənkənar seçkilər üçün akkreditə olunmuş beynəlxalq müşahidəçilərin ümumi sayı 770 nəfərə çatıb.
Xatırladaq ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək. Seçkilər üçün 467 namizəd qeydə alınıb.