BAKI, 18 noyabr. TELEQRAF

Çin xarici işlər naziri Van Yi noyabrın 19-22-də Qırğızıstan, Özbəkistan və Tacikistanda səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Van Yi üç ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda strateji dialoqlar aparacaq.

Səfər Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev, Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov və Tacikistan xarici işlər naziri Sirojiddin Muxriddinin dəvəti ilə həyata keçirilir.