BAKI, 14 noyabr. TELEQRAF
Özbəkistan 2025-ci ilin yanvar-sentyabr aylarında təxminən 1,3 milyon dollar dəyərində 4117 mobil telefon ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.
İxrac 5 dövlət bazarına yönəldilib.
Məlumata görə, mobil telefonlar aşağıdakı ölkələrə çatdırılıb:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) – 2916 ədəd;
Çin - 618 ədəd;
Əfqanıstan - 397 ədəd;
ABŞ – 144 ədəd;
İsveçrə – 42 ədəd.
Rəqəmlər göstərir ki, BƏƏ bazarı Özbəkistanda istehsal olunan mobil telefonların ixracında ən böyük paya malikdir. Eyni zamanda qeyd edilir ki, Çin, Əfqanıstan, ABŞ, İsveçrə kimi ölkələrdən də yerli məhsullara tələbat var.