BAKI, 18 oktyabr. TELEQRAF
ABŞ administrasiyası oktyabrın sonu - noyabrın əvvəlində Asiyaya səfəri zamanı Prezident Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında görüş imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbəyə istinadla CNN məlumat yayıb.
Mənbə bildirib ki, müzakirələr hələ ilkin mərhələdədir, ABŞ prezident administrasiyası görüşün baş tutacağına hələ əmin deyil.