BAKI, 18 oktyabr. TELEQRAF
Qırğız rejissor və kinooperator Kanıbek Kalmatov yazıçı Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr olunmuş “Aytmatov” tammetrajlı bioqrafik filmi üzərində işlərə başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, rejissor yazıçının oğlu Eldar Aytmatovla rəsmi müqavilə imzalamaqla Çingiz Aytmatovun tərcümeyi-halı əsasında film çəkmək üçün eksklüziv hüquqlar əldə edib.
Film Aytmatovun uşaqlıq illərindən beynəlxalq tanınmaya qədər həyat yolundan, əsərlərinin Qırğızıstanın mədəni simvoluna çevrilməsi və XX əsr ədəbiyyatında necə dərin iz qoymasından bəhs edəcək. Filmin gerçək hadisələr əsasında çəkilməsi, premyerasının 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Kanıbek Kalmatov Qırğızıstan kinosu tarixində ən çox gəlir gətirən ekran əsərlərindən biri olan “Cənnət anaların ayaqları altında” filminin baş operatoru kimi tanınıb.