BAKI, 16 oktyabr. TELEQRAF

Kazanda Özbəkistan Senatı ilə Rusiya Federal Şurası arasında əməkdaşlıq komissiyasının 10-cu iclası keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, regionlararası əlaqələrin inkişafı, ticari-iqtisadi, aqrar, təhsil və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6,5%, Özbəkistanın ixracı isə 17% artıb.

Qeyd edilib ki, bu gün Özbəkistanda Rusiyanın 14 aparıcı ali təhsil müəssisəsinin filialları fəaliyyət göstərir və orada 20 mindən çox tələbə təhsil alır.

İclasda ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çatdırılması, nəqliyyat-logistika sisteminin təkmilləşdirilməsi, turist mübadiləsinin genişləndirilməsi, humanitar sahədə birgə proqramların hazırlanmasına xüsusi diqqət yetirilib.