BAKI, 10 oktyabr. TELEQRAF
Özbəkistan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsində, o cümlədən tərəfdaş ölkələrlə praktiki qarşılıqlı fəaliyyətin nəticələrinin artırılmasında maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında çıxışı zamanı deyib.
“MDB çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsində, o cümlədən təbii tərəfdaşlarımız olan ölkələrlə praktiki qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasında maraqlıyıq”, - Mirziyoyev qeyd edib.