BAKI, 10 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin MDB kimi platformanın qorunmasının əhəmiyyətini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə MDB-nin Düşənbədə keçirilən sammitində danışıb.

“Ən önəmlisi odur ki, biz belə bir platformanı sadəcə ünsiyyət üçün deyil, həm də ümumi bazar və humanitar məkan yaratmaq üçün saxlaya bildik və müəyyən mənada qoruduq”, - o qeyd edib.

Rusiya lideri bunun MDB ölkələrinin vətəndaşları üçün çox vacib olduğunu vurğulayıb.

“Sadəcə qorumaqla kifayətlənməyib, həm də illər ərzində birgəyaşayışdan yaranan iqtisadi, sosial, mədəni və humanitar əlaqələri yeni baza üzərində daha da gücləndirmək mümkündür. Artıq bunu müşahidə edirik”.

Prezidentin sözlərinə görə, 30 ildən artıq müddətdə MDB regionda nüfuzlu bir inteqrasiya birlik kimi özünü təsdiqləyib.