BAKI, 10 oktyabr. TELEQRAF
“Müasir təhlükələr bütün ölkələri əhatə edir”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bildirib.
“Müasir təhlükələr hər kəsi əhatə edir. Terrorizmə qarşı mübarizə, sərhədlərin etibarlılığının gücləndirilməsi, transmillətçi cinayətkarlığa qarşı mübarizə artıq ayrı-ayrı qurumların vəzifəsi olmaqdan çıxıb, hər bir MDB dövlətinin milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilib”, - dövlət başçısı deyib.
Lukaşenkonun sözlərinə görə, iclasın geniş gündəliyi də bir daha göstərir ki, müasir təhlükələr hər kəsi əhatə edir.
“Tektonik geosiyasi proseslərin şahidi və iştirakçısıyıq. Avrasiya üçün bu, qlobal rolun artmasına və çoxqütblü dünyanın ən vacib siyasi-iqtisadi mərkəzlərindən birinin statusunun möhkəmlənməsinə aparan zəruri, amma ağrılı bir mərhələdir”, - Aleksandr Lukaşenko qeyd edib.