BAKI, 9 oktyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistana işgüzar səfəri çərçivəsində Prezident Emoməli Rəhmonla görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə ikitərəfli gündəlikdəki məsələlər, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Rəhmon qeyd edib ki, ölkələr regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir, beynəlxalq aləmdə bir-birinin təşəbbüslərini dəstəkləyir.
Japarov, öz növbəsində, MDB Dövlət Başçıları Şurasının iclasında və Mərkəzi Asiya-Rusiya ikinci Sammitində iştirak etmək üçün Tacikistana səfərə dəvətə görə minnətdarlığını bildirib. O, Qırğızıstan-Tacikistan münasibətlərinin çoxəsrlik dostluq və mehriban qonşuluq telləri üzərində qurulduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər əməkdaşlığın gücləndirilməsi üçün birgə səylər göstərməyə razılaşıblar.