BAKI, 9 oktyabr. TELEQRAF
Düşənbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Tacikistan Prezidenti Emoməli Rəhmon arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan və Tacikistan arasında dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin cari məsələləri nəzərdən keçirilib.
İkitərəfli əməkdaşlığın müsbət templə inkişaf etdiyi böyük məmnunluqla qeyd olunub.