BAKI, 9 oktyabr. TELEQRAF

“Anqlosaksonlar Avropa İttifaqı (Aİ) ölkələrinə təzyiq göstərərək onları tam nəzarət altına almağa çalışırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Rusiya enerji daşıyıcılarından imtina planını şərh edərkən söyləyib.

“Avropa İttifaqı ölkələrinə qarşı böyük təzyiq göstərilir – həm anqlosaksonlar, həm də Brüsseldə görünüşcə struktur daxilində olan, amma əslində Aİ ölkələrinin vətəndaşlarının maraqlarına qarşı işləyən şəxslər vasitəsilə. Məqsəd odur ki, Aİ, xüsusən də Qərbi Avropa ölkələri anqlosakson dünyasının tam nəzarəti altında olsunlar”, - diplomat bildirib.