BAKI, 9 oktyabr. TELEQRAF
“Tacikistandakı Rusiya hərbi bazası Mərkəzi Asiyanın təhlükəsizliyinin qarantıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşündə deyib.
“Respublikada yerləşən 201-ci Rusiya hərbi bazası Tacikistanın və bütün regionun təhlükəsizliyinin qarantıdır”, - Rusiya lideri iddia edib.