BAKI, 8 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatları ilə bağlı təkliflər hazırlayacaq işçi qrupun yaradılması haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Prezidentin Qazaxıstan xalqına 2025-ci il 8 sentyabr tarixli “Qazaxıstan süni intellekt erasında: mövcud çağırışlar və onların rəqəmsal transformasiya vasitəsilə həlli yolları” adlı müraciətinin icrasına yönəlmiş parlament islahatları ilə bağlı təkliflərin hazırlanması məqsədilə bu sərəncama əlavəyə uyğun olaraq işçi qrupu yaradılacaq”, - məlumatda deyilir.