BAKI, 8 oktyabr. TELEQRAF

“Qırğızıstanın keçmiş liderləri və tərəfdarları nəinki Qırğızıstanda, hətta dünyanın hər yerində vuruşur, mübahisə edirdilər”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti 2020-ci il oktyabr hadisələrindən danışarkən deyib.

“Bilirsiniz, bundan əvvəl Askar Akayevlə Kurmanbel Bakiyev, Almazbek Atambayevlə Soronbay Jenbekov və onların tərəfdarları nəinki Qırğızıstanda, hətta dünyanın hər yerində vuruşur, mübahisə edir, mətbuatda çıxış edirdilər. Onlar sıradan insanlar deyil, az-çox, yaxşı-pis, dövləti idarə edən, dünya ictimaiyyəti tərəfindən tanınan insanlardır.

Hamı bir-biri ilə vuruşsa, dünya ictimaiyyəti Qırğızıstanda sülhün olmadığını düşünəcək. Əlbəttə, belə olanda investorlar gəlməyəcək. Çoxlu iri investorlar görmüşəm, Qırğızıstandan qaçırdılar. (O zaman) Onları çağırsan, deyəcəkdilər ki, sən inqilab edən, birliyi olmayan bir ölkəsən, bu ölkəyə sərmayə qoymaq təhlükəlidir, pul sülhü sevir.

Ona görə də hamını yığıb deyəcəklərimi dedim. Bundan sonra onlar bir-biri ilə mübarizəni dayandırdılar. Tərəflər də sakitləşdi. Biz dünyaya Qırğızıstanda sülh və sabitliyin bərqərar olduğunu elan etdik”, - dövlət başçısı bildirib.

2020-ci il oktyabr hadisələri — Qırğızıstanda 2020-ci ilin 4 oktyabrında keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş vermiş genişmiqyaslı etiraz aksiyaları, iğtişaşlar və siyasi böhran idi. Bu hadisələr nəticəsində ölkədə hakimiyyət dəyişikliyi baş verib. Prezident Soronbay Jenbekov vəziyyəti sabitləşdirmək cəhdlərinə baxmayaraq, oktyabrın 15-də istefa verib. Beləliklə, Sadır Japarov həm baş nazir, həm də müvəqqəti prezident səlahiyyətlərini icra etməyə başlayıb. Nəticədə, 2021-ci ilin yanvarında yeni prezident seçkiləri keçirilib və Sadır Japarov qalib gəlib.