BAKI, 7 oktyabr. TELEQRAF
Qırğızıstanda yazıçı Çingiz Aytmatovun 100 illik yubileyi ilə bağlı tədbirləri keçiriləcək.
Teleqraf xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov “Çingiz Aytmatovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, sərəncam qırğız xalqının zəngin mədəni-mənəvi irsinin qorunub saxlanılması və təbliği naminə Qırğızıstanın dahi oğlu – görkəmli yazıçı, humanist, filosof, Qırğızıstan Respublikasının diplomatı və dövlət xadimi, Çingiz Aytmatovun 100 illik yubileyinin layiqincə qeyd edilməsi məqsədi ilə imzalanıb.
Sadır Japarov 2028-ci ili “Çingiz Aytmatov ili” elan edib.