BAKI, 6 oktyabr. TELEQRAF
Türkmənistan Tacikistanla ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Tacikistan Prezidenti Emoməli Rəhmona ad günü təbrikində bildirib.
“Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın Tacikistan Respublikası ilə ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdiyini qeyd edərək, onu daha da inkişaf etdirməyə sadiq olduğunu və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. O, Tacikistan Prezidentinin dostluq münasibətlərinin inkişafına şəxsi töhfəsini vurğulayıb”, - Türkmənistan liderinin mətbuat xidmətinin məlumatında qeyd edilib.