BAKI, 2 oktyabr. TELEQRAF

Özbəkistanın ümumi xarici borcu 72,2 milyard dolları ötüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Bunun 36,8 milyard dolları dövlətin xarici borcu, 35,4 milyard dolları isə korporativ xarici borcdur. İlin əvvəlindən hökumətin xarici borcu 2,7 milyard dollar, korporativlərin xarici borcu isə 5,2 milyard dollar artıb.

Məlumat üçün bildirək ki, korporativ xarici borclara dövlət zəmanəti olmadan özəl sektor və dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici kreditlər daxildir.