BAKI, 2 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində səfərdə olan Macarıstan Prezidenti Tamaş Şuyok ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Regional və qlobal əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi apardıq. Dünyada geosiyasi vəziyyətin gərginləşməsi, müxtəlif münaqişələrin artması hər iki ölkəni narahat edir. Hesab edirik ki, bütün problemlər sülh yolu ilə, BMT Nizamnaməsinə uyğun olaraq siyasi-diplomatik yollarla həll edilməlidir. Bununla bağlı biz bir-birimizi dəstəkləməyə və beynəlxalq səviyyədə birgə işləməyə razılaşdıq”, - Kasım-Jomart Tokayev bildirib.
Həmçinin Qazaxıstan prezidenti macar həmkarını birinci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.