BAKI, 2 oktyabr. TELEQRAF
Türkmənistan nümayəndə heyəti Böyük Britaniya və Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə birlikdə Düşənbədə miqrasiya statistikası və onların əmək bazarına təsiri ilə bağlı təcrübə mübadiləsində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Görüş Böyük Britaniya hökuməti və EGED Proqramı tərəfindən təşkil olunub. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın milli statistika xidmətləri britaniyalı həmkarları ilə ikitərəfli danışıqlar aparıb.
EGED Mərkəzi Asiyada iqtisadi siyasətin effektivliyini və şəffaflığını artırmaq üçün Böyük Britaniya Hökumətinin beş illik layihəsidir.