BAKI, 26 sentyabr. TELEQRAF

Şimali Koreya xarici işlər nazirinin müavini Kim Son Qyun BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, onun çıxışı sentyabrın 29-na planlaşdırılıb. Kim Son Qyun ABŞ-yə Çindən uçub.

2019-cu ildən etibarən Şimali Koreya rəsmiləri Baş Assambleyanın sessiyalarında iştirak edirlər. Nazir müavini ABŞ rəsmiləri ilə görüşüb-görüşməyəcəyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.