BAKI, 26 sentyabr. TELEQRAF
Cənubi Koreya hərbçiləri dəniz sərhədini pozmuş Şimali Koreyaya məxsus ticarət gəmisinə xəbərdarlıq atəşi açıblar.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, ticarət gəmisi geri çəkilməyə məcbur olub. Hadisənin digər təfərrüatı açıqlanmır.