BAKI, 24 sentyabr. TELEQRAF

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Teleqraf xəbər verir ki, yeni qaydalarla çağırışçılar ildə iki dəfə - aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə göndəriləcəklər.

Təşəbbüsün müəllifləri həmçinin vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün hərbi xidmət üçün xüsusi müddətlərin müəyyən edilməsini təklif ediblər.

Qanun layihəsinə verilən izahatda qeyd olunur ki, yeniliklər çağrış məntəqələri arasında iş yükünün bərabər paylanmasına və vətəndaşların hərbi xidmətə çağırış keyfiyyətinin yüksəldilməsinə imkan verəcək.