BAKI, 22 sentyabr. TELEQRAF

Qırğızıstanda baş verən zəlzələnin gücü Özbəkistanda da hiss olunub.

Teleqraf xəbər verir ki, Küvasay və Fərqanə rayonlarında yeraltı təkanlar 2 bal olub.

Seysmik Proqnozların Monitorinqi Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 07:04-də baş verib. Zəlzələnin episentri Batken rayonunda, ocağı Daşkənddən 265 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə yerləşib. Güc 3,3 bal olub.

Özbəkistanda yeraltı təkanlar əsasən Fərqanə vilayətində hiss olunub.