BAKI, 18 sentuabr. TELEQRAF

Astana Şəhər Məhkəməsi keçmiş həyat yoldaşı Karina Qosmana qarşı zorakılıq və işgəncə verməkdə ittiham olunan Qazaxıstanın BƏƏ-dəki səfirliyinin keçmiş müşaviri Saken Mamaşın cəzasını qüvvədə saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Mamaşın vəkillərinin verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Saken Mamaş bu il iyulun 18-də həbs olunub.