BAKI, 18 sentyabr. TELEQRAF
Türkmənistan xarici işlər nazirinin müavini Myahri Byaşimova Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Türkmənistan-Türkiyə əməkdaşlığının əsas istiqamətlərini və ikitərəfli gündəlikdəki aktual məsələləri müzakirə ediblər.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Tərəflər qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində YUNESKO çərçivəsində birgə işin vacibliyini vurğulayıblar.