BAKI, 8 sentyabr. TELEQRAF
Azərbaycan vətəndaşı Rusiyada “terror aktları” hazırlamaq iddiası ilə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) yerli KİV-ə bildirilib.
Qurumun iddiasına görə, guya o, Rusiyada qadağan olunmuş “Ukrayna terror təşkilatı”na qoşulub. “Təşkilatın rəhbərləri”nin göstərişi ilə “terror aktları və təxribat törətmək üçün nəzərdə tutulmuş bir neçə obyektdə kəşfiyyat işləri aparıb”. Söhbətin Stavropol və Yessentukidə hüquq-mühafizə orqanlarının binaları və nəqliyyat infrastrukturundan getdiyi bildirilib.
Azərbaycanlıya “terror aktına hazırlıq maddəsi ilə cinayət işi” açılıb.