BAKI, 22 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş planlaşdırılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“Görüş planlaşdırılmır. Putin sammitin gündəliyi hazırlanarsa, Zelenski ilə görüşməyə hazırdır. Bu gündəm isə hazır deyil”, - nazir bildirib.