BAKI, 21 avqust. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nobel sülh mükafatına təklif olunub.

Teleqraf xəbər verir ki, bu barədə prezidentlə iş adamları arasında keçirilən açıq dialoq zamanı Özbəkistan Alkoqolsuz İçkilər və Şirələr İstehsalçıları Assosiasiyasının rəhbəri Alfiya Musina bildirib.

“Mənim səlahiyyətimdə olsaydı, mən sizi Nobel sülh mükafatına namizəd göstərərdim”, – deyən Musina son illərdə biznesə göstərdiyi diqqətə görə Mirziyoyevə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Mirziyoyev Özbəkistan və Avropa İttifaqının yaxın aylarda genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayacağını bildirmişdi.