BAKI, 3 iyul. TELEQRAF
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
***
19:12
Hazırda ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında telefon danışığı aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Mətbuat katibi bildirib ki, Kreml Putinlə Trampın söhbətindən sonra brifinq keçirməyi planlaşdırır.