BAKI, 23 İYUN. TELEQRAF

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi hücumları kəskin şəkildə pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin rəsmi informasiya agentliyi məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsinin bəyanatına əsasən, ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etməsi BMT Nizamnaməsinin əsas prinsiplərinə, dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq prinsiplərinə ziddir.

“Şimali Koreya ABŞ-nin İrana qarşı hərbi hücumunu qətiyyətlə pisləyir və bunu BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Güc tətbiqi və ya onunla hədələmə dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı yönəlmiş addımlardır və beynəlxalq hüquqa ziddir”, — diplomat bildirib.