BAKI, 4 iyun. TELEQRAF
Koreya Respublikasının "Toburo" Demokratik Partiyasından prezidentliyə namizəd Li Jae-Myonq seçkilərdə qalib gəlib.
Teleqraf xəbər verir ki, o, seçicilərin 49,4% səsini toplayıb.
Hakim mühafizəkar "Vətəndaş Gücü" partiyasından olan namizəd Kim Mun Su seçicilərin 41,1%-nin səsini qazanıb.
Koreya Respublikasının Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 100%-nin sayıldığını açıqlayıb.