BAKI, 2 iyun. TELEQRAF

“Qazaxıstan Xarici İşlər Nazirliyində Rusiya hərbi obyektlərinə hücum edən (Ukrayna) pilotsuz təyyarələrin ehtiyat hissələrinin Qazaxıstandan göndərilməsi barədə məlumat yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybək Smadiyarov brifinqdə deyib.

“Əlbəttə, bu iddiaları görmüşəm, teleqram kanallarında yayılıb. Mən sui-qəsd nəzəriyyələrinə və bu cür təxminlərə münasibət bildirməyəcəyəm. Rəsmi qurumlarımıza hər hansı rəsmi müraciət olarsa, hər şeyə (rəsmi olaraq) cavab verəcəyik”, - Smadiyarov bildirib.

Xatırladaq ki, bundan əvvəl bəzi Teleqram kanalları Ukraynanın dünən Rusiya ərazisindəki hərbi obyektlərə hücum etmək üçün istifadə etdiyi PUA-ların ehtiyat hissələrinin Qazaxıstandan göndərilməsi barədə məlumat yayıb.