BAKI, 27 may. TELEQRAF

Rəsmi Pekin Ukraynanın Çinin Rusiyaya silah tədarük etməsi barədə ittihamlarını rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

“Çin heç vaxt münaqişə tərəflərinin heç birinə öldürücü silah təqdim etməyib və ikili təyinatlı mallara ciddi nəzarət edir. Ukrayna tərəfi bunu yaxşı bilir. Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qətiyyətlə qarşı çıxır”, - çinli diplomat vurğulayıb.