BAKI, 23 may. TELEQRAF

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 12 min nəfər əhalisi olan Urakava yaşayış məntəqəsindən (Hokkaydo adası) 34 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 59 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.