BAKI, 19 may. TELEQRAF
Cənubi Koreya prezidentliyinə namizəd olan yeddi şəxsdən biri – Ku Cu Va seçkilərdə iştirakdan imtina etdiyini və mühafizəkar “Vətəndaş Gücü” partiyasından olan namizəd Kim Mun Sunu dəstəklədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Azadlıq və Birlik Partiyası" yayıb.
Ku Cu Va öz qərarı ilə mühafizəkar düşərgədə birliyi gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, "Azadlıq və Birlik Partiyası" Cənubi Koreyada bəzən ultra-sağçı siyasi təşkilat kimi xarakterizə olunur və hazırda parlamentdə təmsilçiliyi yoxdur.