BAKI, 22 mart. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In dünyadakı mövcud geosiyasi vəziyyət və Ukraynada davam edən müharibə fonunda növbəti dəfə Rusiyaya dəstəyini ifadə edib.

Teleqraf xəbər verir ki, o, ölkəsinin həmişə Rusiyanı dəstəklədiyini və gələcəkdə də Moskva ilə sıx dostluq əlaqələrini davam etdirəcəyini bildirib.

Ölkənin dövlət agentliyi Kim Çen Indan sitat gətirir: “Koreya Xalq Demokratik Respublikası hökumətinin qəti seçimi və sarsılmaz iradəsi gələcəkdə Rusiyanın öz dövlət suverenliyi, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarını qorumaq uğrunda mübarizəsini ardıcıl dəstəkləməkdir”.