.jpg)
Əməkdar artist Aybəniz Haşımova filmə çəkilir.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə öz “Facebook” səhifəsində qeyd edib.
Hərbi vətənpərvərlik mövzusunda olan “Qarabağ” filminin ssenari müəllif və rejissoru Elvin Abdullayevdir: “Filmdə baş həkim obrazını canlandırıram. Eyni zamanda filmdə xalqımızın böyük sənətkarı Ramiz Novruzov xəstəxanaya gələn yoxlama qrupunun rəhbəri obrazını oynayır. Onu da qeyd edim ki, filmdə digər gənc və istedadlı aktyorlar da iştirak edirlər. Dəyərli istedad Elvin Abdullayeva festivalda böyük uğur arzu edirik. Filmin bəzi hissəsi Maştağada yerləşən 1 saylı Psixoloji Mərkəzdə çəkildi”.
Pərvin