BAKI, 26 sentyabr. TELEQRAF

"Son illərdə türk kino və serial sahəsi inanılmaz dərəcədə inkişaf edir".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Nizami Kino Mərkəzində Türkiyə-Azərbaycan Türk Film Günlərinin açılış mərasimində deyib.

Diplomat qeyd edib ki, Türkiyə dünyada serial və kino sahəsində Amerikadan sonra ən çox sənət məhsulu ixrac edən ikinci ölkədir.

"Türkiyədəki sənət sahəsindəki nailiyyətlər, həm bədii, həm texniki, həm də mədəni baxımdan nüfuzunun artmasının göstəricisidir",-deyə B.Akgün əlavə edib.