
Əməkdar artist Sənubər İsgəndərli seriala çəkilir.
Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə xəbəri və çəkiliş meydançasından fotonu “Serial çəkilişindən bir kadr” statusu ilə şəxsi “İnstaqram” səhifəsində paylaşıb. İdman salonunda çəkilən fotoda Sənubər xanımın yanında aktrisa Mətanət Əhmədova da var.
Qeyd edək ki, Sənubər İsgəndərli sonuncu dəfə “Qaynana” serialında çəkilib.
Nərmin