“Avatar”ın rejissoru Ceyms Kameronun koronavirus testi müsbət çıxıb.

Teleqraf.com “The Hollywood Reporter”-ə istinadən xəbər verir ki, rejissor hazırda özünü yaxşı hiss edir.

“Ceymsdə COVID var, amma özünü yaxşı hiss edir".

Bildirilir ki, Kameron bütün dünyada səbirsizliklə gözlənilən "Avatar: Suyun Yolu" filminin Los-Ancelesdə baş tutacaq premyerasında iştirak edə bilməyəcək.