BAKI, 7 iyul. TELEQRAF

ABŞ-də Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər zamanı baş verən silahlı insidentlər nəticəsində son üç gündə 100 nəfər həyatını itirib, 340 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə silahlı zorakılıq hallarını izləyən "Gun Violence Archive" qeyri-hökumət təşkilatı məlumat yayıb.

Təşkilatın açıqlamasına görə, iyulun 4-ü ilə bağlı bayram günlərində ölkədə kütləvi atışma hadisələrinin sayı demək olar ki, rekord həddə çatıb. Bu müddətdə 20 kütləvi atışma qeydə alınıb ki, bu da 2021-ci ildən bəri ən yüksək göstəricilərdən biridir.

Məlumatda qeyd olunur ki, silahlı insidentlər nəticəsində ümumilikdə 100 nəfər həlak olub, 340 nəfər müxtəlif dərəcəli güllə yaraları alıb.

"Gun Violence Archive" vurğulayıb ki, təqdim olunan statistika ilkin xarakter daşıyır və sonradan yenilənə bilər.