BAKI, 28 avqust. TELEQRAF
Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında qeyd edib.
"Bu gün mən etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - vurğulayıb.
Qeyd edək ki, M.Əhmədzadə avqustun 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.