BAKI, 8 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İkinci Dünya müharibəsində zəfəri “Amerikanın qələbəsi” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə sosial mediada paylaşım edib.

Prezident bunu “Amerikanın İkinci Dünya müharibəsi zamanı Avropada tiraniya və şər üzərində qazandığı möhtəşəm qələbə” adlandıraraq, bunun ABŞ Silahlı Qüvvələri və müttəfiq orduların qüdrəti sayəsində əldə olunduğunu da vurğulayıb.

Tramp qeyd edib ki, ABŞ Silahlı Qüvvələri Hitler Almaniyasının qeyd-şərtsiz təslim olmasından təxminən dörd ay sonra müttəfiqlərin Yaponiya üzərində qətiyyətli qələbəsi üçün yol açıb.