BAKI, 15 aprel. TELEQRAF
ABŞ Ordusu İranın dəniz limanlarının blokadasını təmin etmək üçün bölgədə 10 mindən çox hərbçi, 10-dan çox gəmi və onlarla təyyarə yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və hava qüvvələri, eləcə də 10-dan çox gəmi və onlarla təyyarə yük gəmilərinin İran dəniz limanlarına daxil olmasının qarşısını almaq üçün missiya yerinə yetirir”, - məlumatda deyilib.
Komandanlıq əlavə edib ki, ABŞ Ordusunun təlimatlarına əsasən, blokada elan edildikdən sonrakı ilk 24 saat ərzində ən azı 6 ticarət gəmisi kursunu dəyişərək limana qayıdıb. Bəyanatda blokadanın hansı ölkələrə məxsusluğundan asılı olmayaraq bütün gəmilərə şamil edildiyi vurğulanıb.