BAKI, 7 aprel. TELEQRAF

“ABŞ dövlət katibi Marko Rubio İran hakimiyyəti ilə əlaqəli iranlıları ölkədən deportasiya etmək məsələsi üzərində çalışır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidentin media direktoru Keti Miller “Fox News”a deyib.

Miller bildirib ki, Donald Tramp Administrasiyası Tehranla əlaqəli 4000-dən çox iranlının vizalarını və yaşıl kartlarını ləğv etməyi planlaşdırır.