BAKI, 18 fevral. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrdən sonra sosial mediada yazıb.
Uitkoffun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlarda moderator kimi çıxış edib. O, həmçinin hazırkı ABŞ administrasiyasının müharibə tərəflərini bir araya gətirməklə əhəmiyyətli irəliləyişə nail olduğunu vurğulayıb.
“Hər iki tərəf nəticələr barədə öz liderlərini məlumatlandırmaq və razılaşmaya nail olmaq məqsədilə işi davam etdirmək barədə razılığa gəlib”, - Uitkoff vurğulayıb.