BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Konqresi müxalifət lideri Mariya Korina Maçadonu Venesuelanın yeni lideri kimi təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” Konqresdə Maçado ilə qapalı görüş keçirən Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvlərinə istinadla məlumat yayıb.
Konqresmen Maykl Makkol bildirib ki, Maçado ölkəyə rəhbərlik etmək üçün lazım olan hər şeyə malikdir. Onun sözlərinə görə, Venesuelaya siyasi keçid həyata keçirə və ölkəni uzunmüddətli böhrandan çıxara biləcək dürüst rəhbərlik lazımdır.
Konqresmen Mayk Loler də qeyd edib ki, Venesuela mümkün qədər tez demokratiya və azad seçkilərə getməlidirr.
Məlumata görə, müxalifət lideri Maçado və müvəqqəti Prezident Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampın dəstəyini qazanmağa və özlərini keçid dövrünə rəhbərlik etmək üçün ən uyğun namizədlər olduqlarına inandırmağa çalışırlar.